BAYRAQDAR MEDİA – Noyabrın 11-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Cənnətim Qarabağ” konsert proqramı təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova və digər qonaqlar iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 12-də Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizin 2-ci ildönümünə həsr edilmiş ASAN könüllülərinin tədbiri “ASAN xidmət”in dəstəyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə olub: “Öncə milli orkestr və xorda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə ASAN könüllülərinin, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının və Milli Konservatoriyanın tələbələrinin ifaları səsləndirilib. Həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işlərindən ibarət satış sərgisi keçirilib”.
Tədbir könüllülərin ifasında “Cənnətim Qarabağ” mahnısı ilə başa çatıb.