Son yeniləmə: 12 Noyabr 2022 09:23
Ersin Tatar: KKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsi tarixi addımdır
BAYRAQDAR MEDİA – Cümhurbaşqanı Ersin Tatar KKTC-nin Türk Dövlətləri Təşkilatına (TDT) “müşahidəçi üzv” kimi qəbul edilməsini “tarixi addım” kimi qiymətləndirib.
Məlumata əsasən, Anadolu Ajansına açıqlama verən E.Tatar “Çünki mən Cümhurbaşqanı olduqdan sonra bərabər suverenlik əsasında bərabər milli statusu vurğulamışdım. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin öz adı altında beynəlxalq təşkilata üzv olması bizim iki dövlətli siyasi mübarizəmizi dəstəkləyir və bunun böyük əhəmiyyəti var”, – deyib.
E.Tatar KKTC-nin daha əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən fərqli status və adla qəbul edildiyini bildirib: “Annan Planından sonra bir növ federal damın şimal qanadı olan Kıbrıs Türk Dövləti ilə Güney Kıbrıs Rum Dövləti anlayışı var idi. Amma KKTC olaraq bizim Türk Dövlətləri Təşkilatına üzv olmağımız KKTC-nin siyasi mübarizəsinə, suverenlik mübarizəsinə böyük töhfə verir. Ona görə də müraciətimizi qəbul etdikləri üçün Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğana, xarici işlər naziri Mevlüt Çavuşoğluna, türk respublikasının bütün prezidentlərinə, dövlət başçılarına, xarici işlər nazirlərinə və diplomatlarına səmimi təşəkkürümü bildirirəm”.
Türkiyənin KKTC-nin dünya tərəfindən tanınması üçün sıx diplomatik səylərinə diqqət çəkən E.Tatar, “KKTC-nin TDT-yə qəbulu ilə bütün dünyaya bu mesaj verildi- Kıbrıs türkləri tək deyil”, – deyib.