Son yeniləmə: 12 Noyabr 2022 14:14
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında 93,8 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 12-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 34,6 min nəfəri işlə təmin edilib, 15,5 min nəfəri isə özünüməşğulluq proqramına cəlb olunub. Proqram çərçivəsində mal və materiallarla təmin edilərək onlar üçün kiçik təsərrüfatlar qurulub.
Həmin dövrdə 3,8 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 39,9 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib.