Press "Enter" to skip to content

İran səfiri XİN-ə çağırıldı

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 11 Noyabr 2022 18:01

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib

BAYRAQDAR MEDİA – Noyabrın 11-də İranın İslam Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə, son zamanlar İran mediasında Azərbaycan Respublikası əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb: “Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub”.

Məlumata əsasən, görüşdə Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib: “İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu və ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb”.

Mission News Theme by Compete Themes.