Press "Enter" to skip to content

Fars-molla rejimi 15 min nəfəri edam etməyə hazırlaşır

Son yeniləmə: 10 Noyabr 2022 16:25

İranda 15 min etirazçının edam hökmü parlamentdə təsdiqləndi!

BAYRAQDAR MEDİA – İran parlamentində ölkə daxilində etiraz nümayişlərində saxlanılanların edam cəzasına məhkum edilməsi üçün səsvermə keçirilib.

Kırım Haber Ajansının bununla bağlı məlumatında deyilir ki, parlamentdəki 290 deputatdan 277-si aksiyalar zamanı saxlanılan vətəndaşların ölüm cəzasına məhkum edilməsinə səs verib.

Məlumatda xatırladılır ki, sentyabrın 14-də İranda geyim qaydalarına əməl etmədiyi səbəbilə əxlaq polisi tərəfindən həbs edilən Mehsa Əmininin döyülərək öldürülməsindən sonra ölkə daxilində iğtişaşlar başlayıb: “Qadınların saçlarını kəsərək, hicablarını yandıraraq qatıldığı etirazlar iki aya yaxındır ki, davam edir. Etirazda iştirak edən minlərlə insan İran polisi tərəfindən ya saxlanılır, ya da açıq şəkildə öldürülür. CNN-in xəbərinə görə, İran parlamentinin 227 deputatının imzaladığı məktubda etirazçılara “ən qısa zamanda, yaxşı bir dərs olacaq” sərt cəzanın verilməsi tələb olunub”.

Məlumata görə, İran hökumətinin sözçüsü Məsud Setayeşi deyib: “İndi ictimaiyyət hakimiyyətdən iğtişaşlara səbəb olan etirazçılarla qəti, çəkindirici və qanuni şəkildə davranmağı tələb edir”.

“İran mənbələrinin məlumatına görə, parlamentdəki 290 deputatdan 277-si 15 min etirazçıya ölüm hökmünün verilməsinə səs verib”, – deyə məlumatda qeyd olunub.

Mission News Theme by Compete Themes.