Son yeniləmə: 10 Noyabr 2022 08:47
BAYRAQDAR MEDİA – Ukrayna Ali Radasının bir qrup deputatı 500 ilə yaxındır Rusiyanın işğalı altında olan Tatarıstanın dövlət suverenliyi və müstəqilliyinin tanınması üçün təşəbbüslə çıxış edib.
Bununla bağlı məlumat noyabrın 9-da Ali Radanın internet saytında yayımlanıb. Məlumata görə, təşəbbüsü deputatlar Oleq Dunda, Yuliya Klimenko, Georgi Mazuraşu, Mariya Mezentseva və Vitali Bezgin irəli sürüb.
Onu da əlavə edək ki, bir neçə gün öncə mühacirətdə olan tatar siyasi fəalları və onların dəstəkçiləri Tatarıstanın müstəqilliyini tanımaqla bağlı Ukrayna Prezidentinə müraciət kampaniyası başlatmışdı. Müraciətə Azərbaycandan da qoşulanlar vardı və onların arasında Əməkdar jurnalist Azər Həsrətin də adı keçir.
Daha öncə isə Ali Rada İçkeriya Çeçen Respublikasının müstəqilliyini tanımaqla bağlı qərar qəbul edərək Prezident Volodimir Zelenskiyə müraciət etmişdi.
Ukrayna Çeçenistanı Rusiyanın işğal etdiyi ərazi kimi tanıdı