Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişir – VIDEO

Kubanıçbek Ömüralıyev

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 11-də qardaş Özbəkistanın qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı keçiriləcək.

Səmərqənd Türk Dövlətləri Təşkilatının Zirvəsini qonaq edir

Gələn məlumatlara görə, bu toplantıda TDT-nin Baş katibi də yenilənəcək. Bu haqda məlumatı TDT Xarici İşlər Nazirləri Şurasının noyabrın 10-da Səmərqənddə keçirilən toplantısında qardaş Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu verib.

M.Çavuşoğlu hazırkı Baş katib Bağdad Amreyevin qurumun inkişafındakı xidmətlərini qeyd etməklə bərabər bildirib ki, yeni Baş katib Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömüralıyev olacaq.

Qeyd edək ki, 1960-cı ildə Qırğızıstanda anadan olmuş K.Ömüralıyev yetərincə təcrübəli diplomatdır. Evli və iki uşaq atası olan diplomat ana dili olan qırğızca ilə bərabər ingilis və rus dillərində də danışır.

Mission News Theme by Compete Themes.