BAYRAQDAR MEDİA – Qardaş Özbəkistanın Səmərqənd şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev burada səfərdə olan qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşüb.
Xəbəri noyabrın 10-da Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
“Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edildi, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı”, – deyə xəbərdə bildirilir.
Qeyd edək ki, hər iki dövlət başçısı noyabrın 11-də keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı üçün noyabrın 10-da Səmərqəndə gəlib.