Press "Enter" to skip to content

Səmərqənd Türk Dövlətləri Təşkilatının Zirvəsini qonaq edir

Səmərqənd Zirvə üçün hazırdır

BAYRAQDAR MEDİA – Noyabrın 11-də qardaş Özbəkistanın tarixi Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçiriləcək.

Bu haqda xəbəri TDT-nin katibliyi yayıb.

Xəbərdə deyilir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyində gerçəkləşəcək Zirvəyə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan, Türkmənistanın keçmiş Prezidenti, Türkmənistan Milli Məclisi Xalq Məsləhətinin sədri Gurbanguli Berdimuhamedov, Macarıstanın Baş naziri Viktor Orban və TDT Baş katibi Bağdad Amreyev qatılacaq.

Zirvə görüşü “Türk sivilizasiyasının yeni dövrü: Ortaq inkişaf və rifaha doğru” şüarı altında keçiriləcək.

Zirvədə TDT başqanlığı Türkiyədən Özbəkistana keçəcək. Eyni zamanda uzun illər qurumun Baş katibi olmuş Bağdad Amreyev uğurlanacaq, onun yerinə səfir Kubanıçbek Ömüralıyev (Qırğızıstan) bu vəzifəyə təyinat alacaq.

Təbii ki, Zirvədə bir sıra digər vacib məsələlər də müzakirə ediləcək.

Mission News Theme by Compete Themes.