BAYRAQDAR MEDİA – 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində böyük ölçülü lövhələrdə bilbordlar yerləşdirilib. Bilbordlarda Şuşa qalası fonunda Azərbaycan bayrağı, xalqımızın birlik rəmzi olan “Dəmir yumruq”, İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirə rəmzi olan Xarıbülbülün əks olunub və üzərində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri yazılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 10-da Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Zəfər Gününə həsr olunmuş təsvir bir neçə gün ərzində nümayiş olunacaq.
Həmçinin Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunun bələdiyyə binası Azərbaycanın Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.