Son yeniləmə: 10 Noyabr 2022 10:45
BAYRAQDAR MEDİA – Azərbaycan tarixinin şanlı günlərinə xüsusi önəmlə yanaşan “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bununla bağlı məlumatda deyilir ki, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr- Bayraq Günü münasibətilə vətəndaşlara şanlı Azərbaycan bayraqları təqdim olunub. Təşəbbüs “Nar” və AKTİ-dən 200 könüllünün birgə iştirakı ilə paxtaxtın mərkəzi küçələrində həyata keçirilib.
Layihə vətəndaşlar tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanıb: “Qeyd edək ki, “Nar” öz korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Azərbaycan xalqına qələbə sevincini yaşadan qəhrəman əsgərləri və onların övladlarını, eləcə də hərbi əməliyyatlardan zərər çəkən mülki əhalini əhatə edən mühüm əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu istiqamətdə mobil operatorun layihələri haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə edə bilərsiniz”.