Son yeniləmə: 10 Noyabr 2022 11:43
BAYRAQDAR MEDİA – BB vəzifə qrupuna aid inzibati icraçı vəzifələr üzrə noyabrın 13-də kağız daşıyıcılar vasitəsilə test imtahanı verəcək namizədlər buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 10-da Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün DİM-in saytında müvafiq linkə daxil olmaq lazımdır: “Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq”.
Qeyd edilib ki, noyabrın 13-də digər vəzifə qrupları (AB,AC,BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 ünvanında keçiriləcək: “Kompüter vasitəsilə keçiriləcək imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 10:00-da başlanır. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar”.