Press "Enter" to skip to content

KKTC Türk Dövlətləri Təşkilatına üzv olmalıdır

Fuat Oktay KKTC Cumhurbaşkanlığı və Cümhuriyyət Məclisi, həmçinin Millət Bağçasının yerləşəcəyi ərazi ilə də tanış olub

Son yeniləmə: 10 Noyabr 2022 14:07

Fuat Oktaydan önəmli açıqlamalar

BAYRAQDAR MEDİA – Türkiyənin vitse-prezidenti Fuat Oktay Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edib. Səfər zamanı o, Lefkoşadakı Baş nazirlik Məlumat Mərkəzində vətəndaşların iştirakı ilə keçirilən ictimai açılış və təqdimat mərasimində çıxış edib.

Məlumata görə, vitse-prezident F.Oktay çıxış etmək üçün kürsüyə çıxarkən, “Kıbrıs türkdür, türk qalacaq” şüarları səsləndirilib. Buna cavab olaraq F.Oktay da “Mesaj burada, cavab burada, belə də qalacaq” deyə bildirib.

O, çıxışına “1571-ci ildən bu yana necə davam edirsə, elə də davam edəcək” deyərək başlayıb.

Kıbrısın keçmişi və gələcəyi ilə türk dünyasının bir parçası olduğunu qeyd edən F.Oktay, KKTC-nin ailə şurası olaraq gördükləri Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi üzv kimi iştirakını qətiyyətlə dəstəklədiklərini bildirib. KKTC-nin olmadığı bir TDT-nin natamam olacağını ifadə edən F.Oktay, “Səmərqənddə keçiriləcək Zirvə toplantısında KKTC-yə müşahidəçi statusunun veriləcəyinə inanırıq” deyib.

KKTC-nin tanınmasının təkcə Kıbrıs probleminin həlli üçün deyil, Doğu Akdenizin sülh bölgəsinə çevrilməsi üçün də mühüm əhəmiyyət kəsb etdiyini deyən F.Oktay daha sonra bildirib: “Beynəlxalq ictimaiyyətin və üçüncü ölkələrin adada reallıqları görməsi vacibdir, hansı tərəf həll istəyir, hansı tərəf bundan qaçır”.

Qeyd edilib ki, Türkiyə Cümhuriyyətinin vitse-prezidenti F.Oktay KKTC Cümhurbaşqanlığı və Cümhuriyyət Məclisi, həmçinin Millət Bağçasının yerləşəcəyi ərazi ilə də tanış olub. Səfər zamanı layihə haqqında təqdimat da keçirilib.

Mission News Theme by Compete Themes.