Press "Enter" to skip to content

Azərbaycanın turizm imkanları təqdim olunub

Təqdimat zamanı

Son yeniləmə: 10 Noyabr 2022 12:22

BAYRAQDAR MEDİA – Noyabrın 9-da Zəfər Günü və Bayraq Günü ilə əlaqədar ölkəmizin turizm imkanlarının təqdimatı məqsədilə Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin Təl-Əviv ofisində “açıq qapı” günü keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 10-da Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Açıq qapı” günündə ofisi ziyarət edənlərə, həmçinin diaspor üzvləri, xarici tələbələr, turizm üzrə tərəfdaşlar və Təl-Əvivdə yerləşən diplomatik missiyaların əməkdaşlarına Azərbaycanın turizm imkanları, işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Qarabağda aparılan bərpa və yenidənqurma işləri, həmçinin regionun tarixi və mədəni irsi haqqında, eləcə də Azərbaycandakı zəngin yəhudi irsi haqqında ətraflı məlumat verilib.

Məlumata əsasən, tədbir çərçivəsində İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və rəhbəri, həmçinin Qarabağ mövzusunda müxtəlif məqalələrin müəllifi olan, işğaldan azad olunan ərazilərə bir neçə dəfə səfər etmiş politoloq və jurnalist Reyçel Abraham tərəfindən regionun və Qarabağ münaqişəsinin tarixi haqqında təqdimat həyata keçirilib: “İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılış cari ilin mart ayında olub. Nümayəndəliyin fəaliyyəti İsraildə Azərbaycan haqqında məlumatlılığın artmasına və ikitərəfli turizm əlaqələrinin möhkəmlənməsinə yönəlib. Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 22 083 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.4 dəfədən çox artım deməkdir”.

Mission News Theme by Compete Themes.