BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə qardaş Özbəkistanın qədim Səmərqənd şəhərinə gəlib. Səmərqənd hava limanında Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov qarşılayıb.
Xəbəri noyabrın 10-da Özbəkistan Prezidentinin Mətbuat xidməti yayıb.
Xəbərdə qeyd edilir ki, Azərbaycan Prezidenti qardaş ölkəyə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına qatılmaq üçün gəlib.
O da bildirilir ki, gün ərzində İ.Əliyevin Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev ilə görüşü olacaq.
Qeyd edək ki, Zirvə görüşü noyabrın 11-də keçiriləcək.