Son yeniləmə: 9 Noyabr 2022 11:54
BAYRAQDAR MEDİA – Sən şəhidlərimizin qanı, qazilərimiz canıyla ayaqda durdun!
Sən heç vaxt düşmənə boyun əyməyəcək qürurlu millətimizin dəyanətiylə ayaqda durdun!
Sən bir kərə yüksəldin ki, bir daha enməyəsən!
Səni yoxdan var elədi babalarımız!
Məhəmməd Əmin Rəsulzadə başda olmaqla böyük dədələrimiz səni başları üzərinə qaldıraraq bir dövlət qurub bizə miras buraxdılar.
Sən bir zamanlar yasaqlandın! Amma unudulmadın! Unudula bilməzdin! Çünki bir kərə yüksəldilmişdin ki, bir daha enməyəsən!
Sən uğrunda milyonların canını fəda edəcək ən ali bir dəyərsən!
Sən bizim and yerimiz, sən bizim əbədi istinadgahımızsan!
Sən Azərbaycan Bayrağısan! Hər bir azərbaycanlının üzünü döndərib düzlənəcəyi yönsən sən!
Sən Azərbaycan Bayrağısan! Şuşada dikildiyin yerə pir deyiləcək bir Bayraqsan!
BAYRAQDAR MEDİA olaraq hər kəsi bu milli qürur – Bayraq Günü münasibətilə təbrik edirik!
8 Noyabr – Zəfər Gününün ardından 9 Noyabr – Bayraq Günümüzü qutlamaq nə xoşdur, deyilmi?
Bayramlarımız bayramlara qarışıb! Qutlu olsun!
Və dəyərli şairimiz Ramiz Qusarçaylıdan bir “Azərbaycan Bayrağı” şeiri!