Press "Enter" to skip to content

Azərbaycan və Ermənistan Vaşinqtonda bir araya gəlib

Üçtərəfli görüşdən görüntü

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşmək üçün Vaşinqtona səfər edib.

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür

XİN-in Mətbuat xidmətindən BAYRAQDAR MEDİA-ya noyabrın 8-də daxil olan xəbərdə deyilir ki, nazirlər ikitərəfli görüşün ardından ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçirib.

“7 noyabr 2022-ci il tarixində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

“Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

“Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

“Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.