BAYRAQDAR MEDİA – Prezident, Müzəffər Ali Bş Komandan İlham Əliyev 8 Noyabr Zəfər Günü münasibətilə iki il öncə Ermənistanın işğalından azad edilmiş Şuşa şəhərində rəsmi tədbirlərdə iştirak edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Prezident İ.Əliyev tədbirlər çərçivəsində hərbçilər qarşısında çıxış edib, 2 il öncə əldə edilmiş qələbə ilə bağlı fikirlərini bildirib. Eyni zamanda o, hazırkı durumda Azərbaycana, onun qələbəsinə kölgə salmaq istəyən qüvvələrlə bağlı da fikirlərini bildirib.
Daha sonra Ali Baş Komandan tədbirdə iştirak edən hərbçilərlə birlikdə Zəfər Gününə həsr edilmiş rəsmi keçidi izləyib.
Prezidentin təqdirlə qarşılanan çıxışının və tədbirlərin videosunu dəyərli oxucularımıza təqdim edirik.