BAYRAQDAR MEDİA – Noyabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona yollanıb.
Xəbəri noyabrın 7-də XİN-in Mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, C.Bayramov Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
Az öncə isə bəlli olub ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb. Bu haqda xəbəri XİN-in mətbuat katibi Ayxan Hacızadə özünün sosial media hesabında paylaşıb.
A bilateral meeting of Foreign Ministers of #Azerbaijan @Bayramov_Jeyhun and #Armenia @AraratMirzoyan has just started in Washington D.C. pic.twitter.com/juWvUBrD5o
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 7, 2022