Press "Enter" to skip to content

Düşməni Güney Azərbaycandan təmizləyib müstəqilliyimizi elan etməliyik

Savaş Mərəndli

Savaş MƏRƏNDLİ – Guney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri. Özəl olaraq BAYRAQDAR MEDİA üçün.

BAYRAQDAR MEDİA – İranda baş verən hadisələr gündəlik mübahisəyə dönüb. Bütün dünyada Güney Azərbaycanlılar ayağa qalxıb və əksəriyyət istiqlal istəyir.

İran mürəkkəb bir ölkədir, onun tarixi, keçmişi, coğrafiyası da mürəkkəbdir. Eləcə də digər ölkələrlə  münasibətləri anlaşılmazdır. Bu gün düşməni olan Amerika ilə sabah müttəfiq ola bilər.

İran daxilində hər hansı inkişafdan söhbət gedə bilməz

Keçmişə nəzər salsaq, sübutları görərik. Şah dövründə müttəfiq olan Birləşmiş Ştatlar Xomeyni rəhbərliyində də müttəfiqlik etdi. Buna dayanaraq belə nəticəyə gəlirik ki, hətta İran çərçivəsində demokratik bir respublika olsa belə, onun tez-tez dəyişən xarici siyasəti Güney Azərbaycanı hər an təhlükəyə ata bilər.

Demək ki, molla rejimi istismarından çıxıb digər rejimin istismarı altında yaşayacağıq

İran heç vaxt müstəqil siyasət həyata keçirməyib. Bu məsələdə xaricdən edilən təsirlərin rolu danılmazdır. Co Baydenin son çıxışında, “İranı azad edəcəyik” deməsi ikimənalı bir anlam daşıyır. Kimi kimdən azad edir? Demək ki, molla rejimi istismarından çıxıb digər rejimin istismarı altında yaşayacağıq. Məcazi mənada desək, yağışdan çıxıb yağmura düşəcəyik.

Əsas səbəb İranın apardığı düşmən siyasətinə dayanır

İran adlanan ölkə işğalçını Azərbaycana qarşı açıq şəkildə əvəzsiz dəstəkləyir. Ermənistanı Azərbaycana qarşı alət kimi istifadə edir. İran bütün qonşularıyla problem yaşayır. Demək ki, əsas səbəb İranın apardığı düşmən siyasətinə dayanır. Və bu düşmənliyin ən şiddətli dərəcəsini öz vətəndaşı kimi hesab edən Güney Azərbaycanlılara ilə aparıb. Bunun yeganə səbəbi isə – azərbaycanlı olduğumuzdur.

Bu gün Güney Azərbaycanın bütün şəhərlərində divarlarda İlham Əliyevin şəkilləri vurulub və alt yazıda “Bütün Güney Azərbaycan sizin arxanızdadır” deyə qeyd olunub. Hesab edirəm ki, hər kəs bundan nəticə çıxarmalıdır.

Güney Azərbaycanın müstəqilliyindən başqa heç bir fikir səslənməməlidir!

Eyni zamanda, hesab edirəm ki, bu dönəmdə Güney Azərbaycan təşkilatları daxilində olanlara maddi və mənəvi dəstək verilməli, onlar düzgün və məqsədyönlü istiqamətləndirilməlidir. İranın parçalanması üçün hər köşə-bucaqda, bütün küçələrdə toplantı, aksiya və nümayişlər davam etdirilməlidir. Şüarlarımızda isə Güney Azərbaycanın müstəqilliyindən başqa heç bir fikir səslənməməlidir!

Bu gün bizim tərəfimizdə olmayanlar da tezliklə bizim tərəfimizə keçəcək. Bütün xalq ayağa qalxmalı və öz hərəkatına inanmalıdır. Düşməni Güney Azərbaycanın şəhərlərindən təmizləyib müstəqilliyimizi elan etməliyik. Vahid Azərbaycan qurmaq üçün dildə, fikirdə və işdə bir olmalıyıq.

Nə şeyx, nə şah! Yalnız istiqlal!

İran adlanan işğalçı fars-terrorçu rejimi Azərbaycanla sadəcə Təbrizdə mübarizə aparmır. Bakıda da düşmənlə qarşı-qarşıyayıq. Bu savaşda vəhdətimiz vacib şərtdir.

Bizim dövlətimiz var, biz sıfırdan qurulmuruq, sadəcə bərpa edəcəyik.

Azadlıq, ədalət, milli dövlət! Nə şeyx, nə şah! Yalnız istiqlal! Ya istiqlal, ya ölüm!

Güney Azərbaycanın arxasında bütün Quzey Azərbaycan və türk dünyası durur.

Tarixi Azərbaycan torpağı olan Qərbi Zəngəzurda – Qafanda konsulluğun açılışı və hətta Təbrizdə Ermənistan konsulluğu açılmasının ideyasının “məzara göndərilməsi” Güney Azərbaycanın istiqlalı ilə nəticələnəcək.

Mission News Theme by Compete Themes.