Press "Enter" to skip to content

Tatarıstanın müstəqilliyini tanımaq üçün müraciət edildi

Ukrayna-Tatarıstan bayraqları

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, bir müddət öncə Ukrayna Ali Radası hazırda Rusiyanın nəzarətində olan Çeçenistan İçkeriya Respublikasının müstəqilliyini tanımışdı. Bununla bərabər Ukraynanın, Rusiyanın nəzarətində olan digər ərazilərin də müstəqilliyini tanıyacağı haqqında fikirlər vardı.

Ukrayna Çeçenistanı Rusiyanın işğal etdiyi ərazi kimi tanıdı

Bugünlərdə bəlli olub ki, hazırda mühacirətdə olan tatar siyasi fəalları Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək Tatarıstanın müstəqilliyini tanımağa çağırış ediblər. Onlar bununla bağlı change.org saytında petisiya da yerləşdirərək müraciəti daha çox şəxsin imzalamasına şərait yaradıblar.

Müraciətin təşəbbüskarlarından biri, Müstəqil İdil-Ural Hərəkatının (Böyük Britaniya) təsisçilərindən olan, eyni zamanda mühacir Tatarıstan Hökuməti Baş nazirinin müavini Rafis Kaşapov dünyanın hər tərəfindəki mütərəqqi insanları müraciəti imzalamağa çağırıb.

Müraciətdə Rusiyanın hazırda Ukraynaya qarşı apardığı haqsız və əsassız müharibədə tatarları və digər türk xalqlarını məhv etmə siyasətinə diqqət çəkilir. Müəlliflər bu müharibənin əleyhinə olduqlarını, Rusiyanın yanında yer almadıqlarını da bildirirlər.

Daha sonra 470 ildir Rusiyanın tatarları davamlı şəkildə soyqırıma uğratdığı vurğulanır. Qeyd edilir ki, bu soyqırımın davam etməməsi üçün dünya Tatarıstanın müstəqilliyini tanımalıdır.

Müraciət müəllifləri inanır ki, Ukrayna Tatarıstanın müstəqilliyini tanıyarsa, digər ölkələr də bənzər addım ata bilər.

Mission News Theme by Compete Themes.