Son yeniləmə: 5 Noyabr 2022 12:52
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova “Zəfər sədası” bədii qiraət müsabiqəsində uğurla çıxış edərək üçüncü yerə layiq görülüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 5-də teatrından məlumat verilib.
Bildirilib ki, müsabiqə Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində tarixi qələbəmizin 2-ci ildönümünə həsr olunub: “Müsabiqənin keçirilməsinin əsas məqsədi milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır”.
Qeyd edilib ki, 13 teatr və 1 təhsil ocağı olmaqla, ümumilikdə 22 nəfərin iştirak etdiyi tədbiri şəhid anaları, qazilər, sənət adamları, ziyalılar və media nümayəndələri izləyiblər.