Son yeniləmə: 5 Noyabr 2022 15:05
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Türk Girişim və İş Dünyası Konfederasiyasının İdarə Heyətinin sədri Süleyman Sönmez ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 5-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Türkiyə KOB-ları arasında əməkdaşlığın genişləndirilməsinə, bu istiqamətdə birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.