Son yeniləmə: 5 Noyabr 2022 12:40
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İcbari Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Azərbaycan-Türkiyə Biznes Forumu çərçivəsində imzalanmış üçtərəfli Anlaşma Memorandumu ilə bağlı görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə səhiyyə infrastrukturunun inkişafı və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-özəl tərəfdaşlığına dair memorandumdan irəli gələn məsələlər müzakirə edilib.