Press "Enter" to skip to content

“ASAN xidmət” mərkəzlərində qanvermə aksiyaları

Son yeniləmə: 5 Noyabr 2022 16:39

BAYRAQDAR MEDİA – “ASAN xidmət”in təşkilatçılığı, Mərkəzi Qan Bankının dəstəyi ilə qanvermə aksiyaları təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 5-də ASAN xidmətdən məlumat verilibş

Bildirilib ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində reallaşdırılan aksiyalar 6 saylı Bakı, 1 və 2 saylı Sumqayıt, 2 saylı Gəncə, həmçinin Mingəçevir, Bərdə, Quba, Şəki, Masallı və Sabirabad regional “ASAN xidmət” mərkəzində olub.

“Bir ümid də siz olun” devizi altında baş tutan aksiyalarda 400-dən çox vətəndaş iştirak edib.
“ASAN xidmət” tərəfindən mütəmadi təşkil olunan aksiyaların məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlarımıza dəstək olmaqdır.

Mission News Theme by Compete Themes.