Son yeniləmə: 4 Noyabr 2022 17:28
Yaxın günlərdə Şuşaya ithaf olunmuş “Azerbaycan çocuk edebiyatından seçme eserler” adlı kitab işıq üzü görəcək
BAYRAQDAR MEDİA – Bir neçə gün sonra qədim türk yurdu Şuşanın düşmən işğalından azad edilməsinin ikinci ildönümdür. Qardaş Türkiyənin Denizli şəhərində həm bunu, həm də 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunmasını əsas götürərək çox maraqlı və tarixi addım atılıb. Şuşaya ithaf edilən “Azerbaycan çocuk edebiyatından seçme eserler” adlı kitab hazırlanıb. Yaxın günlərdə işıq üzü görəcək kitab iki qardaş ölkənin elm adamları tərəfindən ortaq ərsəyə gətirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya özəl olaraq kitabın müəlliflərindən biri Dos. Dr. Soner Sağlam məlumat verib.
Onun sözlərinə görə, bu kitabın hazırlanmasında məqsəd Oğuzun iki övladı olan Türkiyə və Azərbaycanın birliyinin daha da güclü olmasına dəstək verməkdir: “Bu kitabda azərbaycanlı şair və yazıçılar tərəfindən xüsusilə uşaqlara həsr edilmiş şeir, hekayə və pyeslər yer alıb. Biz bu əsərləri seçərkən bir şeyə xüsusi diqqət etmişik. Çalışmışıq ki, Vətən, millət sevgisi, əxlaq və mənəvi dəyərlər, həmçinin, Azərbaycanın milli və mədəni dəyərlərini özündə əks etdirən əsərləri kitaba salaq”.