Press "Enter" to skip to content

Monqolustanda Bilge Tonyukuk Abidələr Muzeyi tikiləcək

Muzeyin təməlqoyma mərasimi

Son yeniləmə: 4 Noyabr 2022 17:37

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin təşəbbüsü ilə Monqolustanın paytaxtı Ulan-Batorda Bilge Tonyukuk Abidələrinin qapalı mühafizəsi üçün layihənin icrasına başlanılıb. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) icra etdiyi layihə çərçivəsində tikiləcək Bilge Tonyukuk Muzeyinin təməli qoyulub.

Muzeyin tikintisinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Məlumata əsasən, Ulan-Bator yaxınlığındakı Bilge Tonyukuk Abidələri və Göktürk dövrünə aid tarixi əsərlərin qorunub saxlanacağı Bilge Tonyukuk Muzeyinin tikilməsi mühüm əhəmiyyət kəsb edir.

Bildirilir ki, tarixi əhəmiyyət kəsb edən layihədə piyada yolları, tarixi əsər anbarı, gözləmə meydançası, audio-vizual zalı və turizm məlumat bölmələri yer alacaq: “Muzeyin təməlqoyma mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Monqolustanın mədəniyyət naziri Nomin Çinbat, TİKA başqanı Serkan Kayalar, Türk Tarix Qurumunun başqanı Birol Çetin, millət vəkilləri, tarixçilər, bürokratlar və bölgə xalqı iştirak edib”.

Mission News Theme by Compete Themes.