BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev noyabrın 4-də qardaş Türkiyənin Vitse-prezidenti Fuat Oktayı qəbul edib. Qonaq Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
İ.Əliyev də öz növbəsində salamlarını qardaş ölkənin rəhbərinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Şuşa Bəyannaməsinin önəmi vurğulanıb, R.T.Erdoğanın Azərbaycana oktyabrdakı səfəri və həmin səfər çərçivəsində Zəngilan və Cəbrayıl şəhərlərində mühüm obyektlərin açılışlarında iştirakından məmnunluq bildirilib. Dövlət başçısı R.T.Erdoğanla iki gün öncəki telefon danışığını xatırladaraq Türkiyənin elektromobil istehsalına başlamasını qardaş ölkə sənayesinin növbəti uğuru kimi dəyərləndirib.
“Görüşdə nəqliyyat əlaqələrinin inkişafı baxımından Zəngəzur dəhlizinin əhəmiyyəti qeyd olundu. Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard dollardan artıq investisiya yatırmasının önəmi xüsusi olaraq vurğulandı, ticarət dövriyyəsinin artdığı, energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Qaz ixracı məsələsinə toxunularaq Cənub Qaz Dəhlizinin əhəmiyyəti qeyd edildi, bu dəhlizin ixrac imkanlarının genişləndirilməsinin önəmi vurğulandı”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “nəqliyyat və ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı”.
O da bildirilir ki, İ.Əliyev F.Oktayın Şuşaya planlaşdırılan səfərini alqışladığını ifadə edib.
#Azerbaycan ziyaretimiz kapsamında, Cumhurbaşkanı Sayın İlham Aliyev ile bir araya geldik.
2023’ü tarihin sayfalarına Türkiye-Azerbaycan ilişkilerinde; hedeflerin aşıldığı, rekorların geçildiği bir yıl olarak yazmak için iki kardeş ülke olarak temaslarımızı sürdüreceğiz. 🇹🇷🇦🇿 pic.twitter.com/zRPutNKmEX
— Fuat Oktay (@fuatoktay) November 4, 2022