Son yeniləmə: 4 Noyabr 2022 17:35
BAYRAQDAR MEDİA – Özbəkistanın xarici işlər naziri Vladimir Norov noyabrın 3-də Qırğızıstana rəsmi səfər edib. Səfər çərçivəsində onunla Qırğızıstanın xarici işlər naziri Ceyenbek Kulubayev arasında danışıqlar aparılıb.
Məlumata əsasən, danışıqlar nəticəsində bir çox sənədlər imzalanıb.
Səfər çərçivəsində nazir V.Norov Prezident Sadır Caparovla da görüşüb. Görüşdə Qırğızıstan-Özbəkistan əməkdaşlığının daha da inkişaf etdirilməsi, kommersiya-iqtisadi, mədəni-humanitar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir V.Norov qeyd edib ki, iki ölkənin nazirləri səviyyəsində ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə siyasi məsləhətləşmələr aparılıb. Onların arasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qırğızıstana rəsmi səfəri, təşkilati və digər məsələlər də var.
Bundan əlavə, görüş zamanı Qırğızıstan və Özbəkistan arasında dövlət sərhədi haqqında sazişin hər iki ölkənin maraqlarına cavab verdiyi vurğulanıb.