Press "Enter" to skip to content

Gənc Sahibkarların III Forumu keçiriləcək

Son yeniləmə: 4 Noyabr 2022 10:44

BAYRAQDAR MEDİA – Noyabrın 22-də Tovuz rayonunda Gənc Sahibkarların III Forumu keçiriləcək. Forum Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gənclər Fondunun birgə təşkilatçılığı ilə olacaq.

Bu barədə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, forumun məqsədi gənc sahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərin müzakirəsidir.

Forumda iştirak etmək istəyənlər noyabrın 10-dək bu linkdə göstərilən anket-formanı doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Mission News Theme by Compete Themes.