Press "Enter" to skip to content

Bu dəfə “XXI ərin bacarıqları”ndan söhbət açılıb

Son yeniləmə: 4 Noyabr 2022 14:35

BAYRAQDAR MEDİAEskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən ənənəvi olaraq reallaşdırılan “Çərşənbə söhbətləri” çərçivəsində növbəti görüş olub.

Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə TÜGİAD sədri və iş adamı Serkan Can Zengin iştirakçılar qarşısında çıxış edib.

Məlumata əsasən, o, Harvard Universitetindən Dr. Tony Waqnerin irəli sürdüyü “XXI ərin bacarıqları” konsepsiyası çərçivəsində “İş’də sən” başlığı ilə çıxış edib.

Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın (solda) Serkan Can Zenginə xatirə hədiyyəsi təqdim edərkən
Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın (solda) Serkan Can Zenginə xatirə hədiyyəsi təqdim edərkən

S.C.Zengin fərdlərin özlərinə uyğun iş axtardıqları zaman işdə ən yaxşı olmaqla bərabər, həmin işdə ünsiyyət bacarıqlarının ən yüksək səviyyədə olmasının önəmini vurğulayıb: “Virtual dünya zaman və məkan baxımından üstünlük təmin etsə də, ünsiyyət baxımından bacarıqları müəyyən qədər zəiflətmişdir”.

Çıxışın sonunda iştirakçı tərəfindən tələbələrə CV-lərinin mövcud vəziyyətinə uyğun olaraq təcrübə keçmək imkanı təklif olunub və xatirə şəkli çəkdirilib.

Mission News Theme by Compete Themes.