Son yeniləmə: 4 Noyabr 2022 14:35
BAYRAQDAR MEDİA – Eskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən ənənəvi olaraq reallaşdırılan “Çərşənbə söhbətləri” çərçivəsində növbəti görüş olub.
Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə TÜGİAD sədri və iş adamı Serkan Can Zengin iştirakçılar qarşısında çıxış edib.
Məlumata əsasən, o, Harvard Universitetindən Dr. Tony Waqnerin irəli sürdüyü “XXI ərin bacarıqları” konsepsiyası çərçivəsində “İş’də sən” başlığı ilə çıxış edib.
S.C.Zengin fərdlərin özlərinə uyğun iş axtardıqları zaman işdə ən yaxşı olmaqla bərabər, həmin işdə ünsiyyət bacarıqlarının ən yüksək səviyyədə olmasının önəmini vurğulayıb: “Virtual dünya zaman və məkan baxımından üstünlük təmin etsə də, ünsiyyət baxımından bacarıqları müəyyən qədər zəiflətmişdir”.
Çıxışın sonunda iştirakçı tərəfindən tələbələrə CV-lərinin mövcud vəziyyətinə uyğun olaraq təcrübə keçmək imkanı təklif olunub və xatirə şəkli çəkdirilib.