Press "Enter" to skip to content

ADPU-da ailə dəyərləri müzakirə edilib

Tədbirdən görüntü

Son yeniləmə: 4 Noyabr 2022 08:44

BAYRAQDAR MEDİA – “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində ailə dəyərləri mövzusunda tədbir keçirilib.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 4-də Birlikdən veriblər.

Tədbirdə Milli Məclisin deputatları Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev Müşfiq Cəfərov, “Xalq” qəzetinin baş redaktoru Əflatun Amaşov, ADPU-nun tədris işləri üzrə prorektoru, Dos. Eldar Aslanov, Əməkdar jurnalist və bayraqdar.info saytının baş redaktoru Azər Həsrət, QHT nümayəndələri və tələbələr iştirak və çıxış ediblər.

Təşkilatın sədri və layihə rəhbəri Lamiyə İsazadə layihənin məqsədi haqqında iştirakçıları məlumatlandırıb. O, qeyd edib ki, “ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması, yaşlı nəslə diqqət və hörmətin təbliğ edilməsi, ailənin sosial müdafiəsi, onun mümkün sosial təhlükə və risklərdən qorunması, ana və uşaqların psixoloji sağlamlığının möhkəmləndirilməsi, uşaqların, gənclərin milli-mənəvi dəyərlərlə tərbiyə olunması, böyüklərə hörmət, milli dəyərlərə bağlılıq, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan layihə əsasən gəncləri maaarifləndirmək məqsədilə həyata keçirilir”.

“Məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısını almaq, valideyn-uşaq münasibətlərinin düzgün formalaşdırılmasına töhfələr vermək, mütəxəssislərin fikirlərini almaq, ailədə formalaşan istər müsbət, istərsə də mənfi mənəvi-psixoloji mühit cəmiyyətə də təsir etdiyindən mənfi halların qarşısını almaq layihənin əsas məqsədlərindəndir. Layihə çərçivəsində sağlam ailələrin qurulması, ailə institutunun möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması istiqamətində araşdırmalar aparılaraq bu mövzuya dair zəruri olan hər şey öyrənilir” – deyə QHT sədri qeyd edib.

Tədbirdə cəmiyyətin təməl daşı hesab olunan sağlam və düzgün ailə tərbiyəsi əsasında qurulan ailələrin təməlinin daha sağlam, daha möhkəm olduğu haqqında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda valideyn-övlad davranışı, övlad-valideyn davranışı, qloballaşma dövründə milli ailə dəyərləri, ailədə sevgi, hörmət, güvən məsələləri ətrafında da fikirlər səsləndirilib.

Millət vəkilləri və digər qonaqlar ayrı-ayrılıqda çıxış edərək “ailə dəyərləri” mövzusunda fikirlərini səsləndirib və gənclərə öz tövsiyələrini verib.

O da bildirilir ki, üç aylıq layihə çərçivəsində keçirilən tədbirlər ölkənin Bakı, Xaçmaz, Tərtər bölgələrini əhatə edəcək.

Bir daha qeyd edirik ki, xəbəri BAYRAQDAR MEDİA-ya Birlikdən veriblər.

Mission News Theme by Compete Themes.