Press "Enter" to skip to content

Zəfər Gününə həsr olunmuş tədbir

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 3 Noyabr 2022 14:14

BAYRAQDAR MEDİABakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xocasən qəsəbə klubunda 8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Baş İdarədən bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib və 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib: “Tədbirin aparıcıları qonaqları salamlayaraq hər il 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən, hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından bəhs ediblər. Sonra şəhid və qazilərə həsr olunmuş videoçarx nümayiş olunub”.

Məlumata əsasən, Xocəsən qəsəbə şəhidi Həci Hüseynov, Taleh Daşdəmirov və Tural Məmişovun ailə üzvləri övladlarının qəhrəmanlıqlarından və şəhidlik məqamına ucalmalarından böyük qürur hissi keçirdiklərini bildiriblər: “Birinci Qarabağ müharibəsi qazisi İlfa Əliyev öz çıxışında qeyd edib ki, sentyabrın 27- dən başlayaraq 44 gün davam edən və işğal olunmuş Azərbaycan ərazilərinin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib”.

Sonda məktəblilərin ifasında ədəbi bədii kompozisiya təqdim edilib.

Mission News Theme by Compete Themes.