Press "Enter" to skip to content

Türkiyənin avtomobili TOGG-a Azərbaycan Prezidentindən maraq

TOGG

Son yeniləmə: 3 Noyabr 2022 09:18

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, noyabrın 2-də Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla telefon söhbəti olub.

Azərbaycan və Türkiyə dövlət başçılarının danışığı olub

Maraqlıdır ki, telefon söhbətindən sonra Türkiyənin ATV kanalının canlı efirində suallara cavab verərkən R.T.Erdoğan diqqət çəkəcək bir nüansa toxunub. O, qeyd edib ki, Azərbaycan Prezidenti Türkiyənin hazırda istehsalını rəsmən elan etdiyi TOGG (Türkiye Otomobil Girişim Grubu) avtomobilindən 2 ədəd almaq istəyini dilə gətirib.

Türkiyə Prezidenti deyib ki, İ.Əliyev alacağı avtomobillərdən birini xidməti nəqliyyat vasitəsi parkına əlavə etmək istəyir. Onu da qeyd edək ki, R.T.Erdoğan İ.Əliyevin bu istəyini noyabrın 2-dəki telefon söhbətində və ya başqa vaxt dilə gətirdiyini deməyib.

Mission News Theme by Compete Themes.