BAYRAQDAR MEDİA – Rusiyada səfərbərlik çərçivəsində çağırılan əsgərlər vəd olunan ödənişləri ala bilmirlər. Bu isə yerlərdə üsyana səbəb olub.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata əsasən, Ukraynaya qarşı müharibə başlayandan bəri on minlərlə əsgərini itirdikdən sonra Kreml administrasiyası sentyabrın 21-də qismən ümummilli səfərbərliyə başlamaq qərarına gəlib: “Moskva səfərbərlik çərçivəsində xidmətə alınannlara böyük ödənişlər vəd edib. Lakin sonradan məlum olub ki, yerli hökumətlərin əsgərlərə maaş verməyə imkanları yoxdur”.
Qeyd edilir ki, məhz bu səbəbdən Çuvaş Respublikasında da qiyam baş qaldıırb: “Çuvaş Respublikasında səfərbərlik çərçivəsində hərbi xidmətə cəlb olunan yüzə yaxın insan vəd edilən ödənişləri verilməməsinə görə Ulyanovskdakı təlim mərkəzində üsyan qaldırıb. Lakin Rusiya hüquq-mühafizə orqanları üsyanı yatırıblar”.
Çuvaş Cumhuriyeti’nde Rusya’nın seferberliğine alınan askerler isyan çıkardıhttps://t.co/OBJPgBGWsZ pic.twitter.com/lM8uEn1aL5
— QHA – Kırım Haber Ajansı (@qha_kirimhaber) November 2, 2022