Press "Enter" to skip to content

Azərbaycan tərəfi Ermənistanla görüşü təsdiqləyib

Ayxan Hacızadə

BAYRAQDAR MEDİA – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mediaya açıqlamasında yaxın günlərdə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyini bildirib.

Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə medianın sorğusuna cavab olaraq xəbəri təsdiqləyib.

Xəbər BAYRAQDAR MEDİA-ya noyabrın 3-də XİN-dən daxil olub.

A.Hacızadə bildirib: “Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir. … bəli, həqiqətən də yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə … C.Bayramov və … A.Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır”.

Mission News Theme by Compete Themes.