Press "Enter" to skip to content

Kvalifikasiya imtahanlarına qeydiyyat

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) “Young Learners” (Azyaşlı öyrənənlər) kvalifikasiya imtahanlarına qeydiyyat elan edir.

Bu barədə BAYARQDAR MEDİA-ya noyabrın 2-də DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan 24 dekabr 2022-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 9 noyabr 2022-ci ildir: “İmtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək. Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat təqdim olunur”.

O da qeyd edilib ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric İngilis dili Kvalifikasiyaları), Cambridge English Teaching (Kembric İngilis dili üzrə Tədris) və LinguaSkill imtahanlarını təşkil edir: “Qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz. 2022-ci ilin sonunadək DİM-də keçiriləcək Kembric imtahanlarının tarixləri ilə keçiddən istifadə edərək tanış olmaq mümkündür. Əlavə məlumat üçün bu elektron poçta suallarınızı ünvanlaya bilərsiniz”.

Mission News Theme by Compete Themes.