Son yeniləmə: 2 Noyabr 2022 14:58
BAYRAQDAR MEDİA – “Noyabrın 1-dən 2-nə keçən gecə işğalçı Rusiya İran istehsalı kamikadze silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə Ukraynaya hücum edib. Ukrayna əsgərləri hücumda istifadə edilən 13 SİHA-dan 12-ni vurub”.
Kırım Haber Ajansının xəbərində belə deyilir.
Qeyd edilir ki, Ukraynaya qarşı müharibə aparan və sahədə ciddi uğur qazana bilməyən Rusiya işğalçı qüvvələri raket və SİHA hücumları həyata keçirərək mülki əhalini və infrastruktur obyektlərini hədəfə almağa davam edir: “Ukrayna Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, düşmənin noyabrın 1-dən 2-nə keçən gecə İran istehsalı olan “Şahed-136” kamikadze SİHA-ları ilə Ukraynaya şərqdən hücum etdiyi, 13 SİHA-dan 12-sinin hava hücumundan müdafiə bölmələri tərfindən vurulduğu bildirilir”.