Son yeniləmə: 2 Noyabr 2022 13:29
Noyabrın 12-də ölkə üzrə ümumi təlim keçiriləcək
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə bir ilk yaşanacaq. Noyabrın 12-də ölkə üzrə ümummilli təlim keçiriləcək.
Məlumata görə, bunu daxili işlər naziri Süleyman Soylu deyib.
AFAD və Rabitə İdarəsi tərəfindən təşkil edilən tədbirdəki çıxışında nazir bildirib ki, təlim 12 noyabr 2022-ci il saat 18:57-də olacaq. S.Soylu, təlimin radio və televiziyalarda elan ediləcəyini, qurulan sistemlə eyni anda bütün Türkiyəyə mesaj veriləcəyini qeyd edib.