Press "Enter" to skip to content

Türkiyə Serbiya ilə Kosova arasında vasitəçi ola bilər

Son yeniləmə: 2 Noyabr 2022 14:12

BAYRAQDAR MEDİA – Qardaş Türkiyə son vaxtlar dünyadakı bir çox gərginliklərin azaldılması, dövlətlər arasında dialoqun əldə edilməsi üçün uğurlu addımlar atır. Bu arada isə Türkiyənin daha bir gərgin nöqtədə də sabitlik üçün vasitəçi ola biləcəyinə dair fikirlər səslənib.

Məlumata əsasən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Balkanlar üzrə baş müşaviri Sabri Demir bir neçə gün öncə Türkiyənin Belqrad-Priştina dialoquna daxil edilə biləcəyini bildirib.

Kosova mətbuatının xəbərinə görə, R.T.Erdoğanın Kosova baş naziri və Serbiya prezidenti ilə üçtərəfli görüşü də nəzərdən keçirilir. Bir sözlə, Türkiyə Kosova ilə Serbiya arasında vasitəçi ola bilər.

Mission News Theme by Compete Themes.