Press "Enter" to skip to content

TOEFL iBT imtahanı keçirilir

Son yeniləmə: 2 Noyabr 2022 13:30

BAYRAQDAR MEDİA – Noyabrın 2-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı keçirilir.

DİM -dən verilən məlumata görə, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 2 noyabr 2022-ci ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

Mission News Theme by Compete Themes.