Press "Enter" to skip to content

Sosial sahədə əlaqələr inkişaf edir

Görüş zamanı

Son yeniləmə: 2 Noyabr 2022 14:32

İŞKUR-la gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti ilə görüş olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Azərbaycanda vətəndaş rifahının təminatı sahəsində atılan addımlar, aktiv məşğulluq proqramlarının genişləndirilməsi məqsədilə görülən işlərdən danışıb.

O, həmçinin, məşğulluq sahəsində son illər innovativ həllərin geniş tətbiqi əsasında aparılan islahatların uğurlarından bəhs edib: “Bu ilin may ayında istifadəyə verilən, vahid əmək münasibətləri platforması rolunu oynayan Əmək və Məşğulluq Altsistemi barədə məlumat verilib. Aparılan islahatlar prosesində xarici təcrübələrin də öyrənildiyi, həmçinin Türkiyə ilə müvafiq sahədə təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyi qeyd edilib”.

Məlumata əsasən, İŞKUR-un sədr müavini Samet Günəş iki ölkə arasında sosial sahədə də əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu bildirib: “S.Günəş Azərbaycanın məşğulluq sahəsindəki bir sıra yeniliklərinin onlar üçün də maraqlı olduğunu qeyd edib. Görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Həmçinin hər iki qurum postpandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində birgə fəaliyyət planı üzrə görüşlərin daha da artırılmasına dair razılığa gəliblər. Daha sonra qurumların fəaliyyəti barədə təqdimatlar edilib”.

Məlumatda o da qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi və İŞKUR arasında 2022-2023-cü illəri əhatə edən Fəaliyyət planı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın iclasının Protokolunun tərkib hissəsidir.

Mission News Theme by Compete Themes.