Press "Enter" to skip to content

Seçki qadağaları noyabrın 16-da başlayacaq

Son yeniləmə: 2 Noyabr 2022 16:28

BAYRAQDAR MEDİAKuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) dekabrın 25-də yerli seçkilərin keçiriləcəyini xəbər vermişdik. Bu arada isə seçkilərlə bağlı növbəti qərar qəbul edilib.

KKTC yeni dönəmə doğru

Məlumata əsasən Yüksək Seçim Kurulu (YSK) dekabrın 25-də keçiriləcək yerli idarəetmə orqanlarına seçkilərin təqvimini açıqlayıb.

Bildirilir ki, buna uyğun olaraq seçki qadağaları noyabrın 16-da, təbliğat prosesi isə dekabrın 5-də başlayacaq: “Namizədlik üçün ərizələr noyabrın 28-də qəbul ediləcək və yekun namizədlər dekabrın 4-də elan ediləcək”.

YSK bələdiyyələr üzrə neçə məclis üzvünün, kənd və məhəllələrdə nə qədər ağsaqqallar şurasının üzvünün olacağına dair də qərar qəbul edib: “Bu qərara əsaəsən 18 bələdiyyədə ümumilikdə 220 məclis üzvü seçiləcək. Dekabrın 25-də keçiriləcək seçkidə ağsaqqallar şurasının 960 üzvü də müəyyənləşəcək”.

YSK-da dekabrın 5-də keçiriləcək püşkatma ilə BRT-də çıxış sıralamsı və seçki bülletenində adların sıralanması müəyyən ediləcək: “Dekabrın 5-də seçkilərin təbliğatına başlanılacaq. Seçki təbliğatının son günü dekabrın 24-dür. KKTC-də seçicilər 25 dekabr bazar günü seçkilər olacaq”.

Mission News Theme by Compete Themes.