Press "Enter" to skip to content

Rumıniya nümayəndə heyəti üçün təqdimat

Görüş zamanı

Son yeniləmə: 2 Noyabr 2022 13:26

BAYRAQDAR MEDİA – Azərbaycanda səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)  tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 2-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti ilə görüşdə Nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqlara məlumat verib. O, son illər ölkəmizdə aparılan köklü sosial islahatların tərkib hissəsi kimi, həmin sahələrdə elektron texnologiyaların tətbiqinin geniş vüsət aldığını vurğulayıb: “Bu sahələrdə idarəçilik və xidmətlərin elektronlaşdırıldığı, proaktiv, çevik, şəffaf, əlçatan xidmətlər sisteminin qurulduğu diqqətə çatdırılıb. Nazirliyin 175 xidmətindən artıq 110-nun e-qaydada, o cümlədən 46-nın proaktiv formada göstərildiyi, təkcə bu ilin 9 ayında nazirlik üzrə e-xidmətlərə 8,4 milyon müraciət qeydə alındığı bildirilib”.

Təqdimat zamanı 2019-cu ilin əvvəlindən sosial ödənişlərin e-sistem üzərindən təyinatına başlanıldığı vurğilanlb: “e-qaydada sosial sığorta nömrəsi və fərdi hesab açılması mexanizminin də qurulduğudiqqətə çatdırılıb. Qeyd olunan proaktiv təyinat mexanizmləri, həmin il istifadəyə verilən, ölkənin sosial reyestri olane-sosial.az portalı, habelə e-arayış xidmətləri barədə məlumat verilib. Bu ilin may ayında təqdim olunan, vahid əmək münasibətləri platforması və rəqəmsal kadr uçotu sistemi rolu oynayan “Əmək və Məşğulluq” altsistemindən, hazırda yaradılmaqda olan e-xidmətlərdən bəhs olunub”.

Nümayəndə heyəti üçün son illər ölkəmizdə sosial sahədə idarəçilik və xidmətlərin avtomatlaşdırılmasına, e-sistemlər üzərindən proaktiv təyinat mexanizmlərinə,bu sahədə qurulmuş rəqəmsal infrastruktura dair təqdimat edilib.

Mission News Theme by Compete Themes.