Press "Enter" to skip to content

Növbəti qonaq Reza Deqati olacaq

Son yeniləmə: 2 Noyabr 2022 13:26

BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü noyabrın 4-də Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) Azərbaycan əsilli fransız fotoqrafı Reza Deqati olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 2-də qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, görüşdə R.Deqati Zəfər Günü ərəfəsində şagirdlərlə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hisslərinin aşılanmasında məktəbin rolu, yeniyetmələrdə təəssübkeşlik hisslərinin formalaşdırılması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparacaq: “Həmçinin, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. Görüşü, həmçinin Baku TV, Media Türk və AzEdu Təhsil Portalı da işıqlandıracaq”.

Mission News Theme by Compete Themes.