BAYRAQDAR MEDİA – Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service – ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı keçiriləck. İmtahan noyabrın 3-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında olacaq.
DİM-dən BAYRAQDAR MEDİA-ya noyabrın 2-də bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
Qeyd edilib ki, “GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.