Son yeniləmə: 2 Noyabr 2022 17:10
BAYRAQDAR MEDİA – Monteneqroda siyasi gərginlik yaranıb.
Bu barədə Balkan News məlumat yayıb.
Məlumata əsasən, Demokratik Cəbhə Partiyasının (DF) prezidentlik haqqında qanuna dəyişiklik tələbi Prezident Milo Cukanoviçin rəhbərlik etdiyi Sosialistlərin Demokratik Partiyası (DPS) tərəfindən “konstitusiya çevrilişi” cəhdi kimi qiymətləndirilib: “DF-nin qanun dəyişikliyi tələbi parlamentin iclasında qiymətləndirilərkən, Sosial Demokrat Partiyası (SDP), Sosial Demokratlar (SD) və Liberal Partiyasının (LP) DP, eləcə də DPS deputatları bu tələbin “konstitusiya çevrilişi” cəhdi olduğunu deyiblər. Monteneqronun Baş naziri və Birləşmiş İslahat Fəaliyyəti (URA) Xalq Hərəkatının lideri Dritan Abazovic isə URA-nın qanun dəyişikliyi tələbini dəstəkləyəcəyini açıqlayıb.
DF-nin tələbi qəbul olunarsa, M.Cukanoviçin hökumət qurmaq mandatı verməkdən imtina etdiyi Miodraq Lekiç baş nazir təyin oluna bilər.