Press "Enter" to skip to content

Lefkedə növbəti xurma festivalı keçiriləcək

Son yeniləmə: 2 Noyabr 2022 16:14

BAYRAQDAR MEDİA – Noyabrın 6-da KKTC-də, Lefkedə 13-cü Lefke Xurma Festivalı keçiriləcək.

Məlumata əsasən, Lefkə Turizm Dərnəyi və Lefke Bələdiyyəsinin birgə təşkilartçılığı ilə keçiriləcək festival Lefkə bazarının mərkəzində olacaq. Festivalın keçirilməsin Avropa Birliyinin “İki Kommunal Dialoqun İnkişafı Layihəsi” də dəstək verir.

Çoxsaylı tədbirlərin təşkil ediləcəyi festivalda tematik stendlər qurulacaq, bələdçi turları, təbiət gəzintiləri, iki icmalı konsertlər, mədəniyyət təqdimatları və bədii sərgilər keçiriləcək. Festival boyu müxtəlif musiqi və rəqs qruplaqırnın konsert proqramlı da təqdim ediləcək.

Mission News Theme by Compete Themes.