Son yeniləmə: 2 Noyabr 2022 13:25
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 15-i və 22-də özəlləşdirmə hərracları keçiriləcək.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 15-də keçiriləcək hərraca 6 səhmdar cəmiyyətin səhm paketi, 10 dövlət obyekti, 36 nəqliyyat vasitəsi, noyabrın 22-də təşkil olunacaq hərraca isə 15 dövlət obyekti və 37 nəqliyyat vasitəsi çıxarılacaq: “Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır. Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, tikinti, kənd təsərrüfatı sahələrinə aiddir. Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir”.
Qeyd edilib ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Yaponiya, Almaniya, Rusiya istehsalıdır: “Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir”.